AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdi

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdiAZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdi
"Azərbaycan Hava Yolları" Bakı-İstanbul reysi ilə uçan sərnişinlərə müraciət edib.
Müraciətdə bildirilir ki, 17-18 iyun tarixlərində Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl  mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı:
- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80
- Referans klinikası - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33
- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40
Qaydalara əsasən, sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək, mənfi nəticə əldə etməsi  barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq.
Bakı-İstanbul reyslərinə birinci Terminalda xidmət göstəriləcək.
Xatırladırıq ki, 17 və 18 iyun tarixlərində "Azərbaycan Hava Yolları" tərəfindən Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiriləcək.
Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. 
Bakı-İstanbul reysinə aviabiletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya həmin  ölkələrdə yaşamaq  hüququna malik olan şəxslər) əldə edə bilər.
İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.
Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər. /oxu.az

Turizm       Tarix: 10 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat