AZAL-da 76 milyon 'buxarlandı': Hər şeyi dövlət verir, biletlər ucuşlaşmır, zərər artır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb. QSC-nin 76 milyonluq ziyanla işlədiyi ortaya çıxıb. 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Xalis zərər 3% azalaraq 76,4 milyon manat olub. AZAL-ın yığılmış ümumi zərəri isə 1,7 milyard manata çatıb.
2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.
Bəs "AZAL"ın bu qədər ziyanla işləməsinə səbəblər nələrdir? Hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli də azxeber.com-a fikirlərini bildirib. O, qeyd edib ki, ziyanın əsas səbəbi bütün xərclərin dövlət büdcəsindən qarşılanmasıdır:
"Digər dövlət şirkətlərinin ziyanla işləməsinin səbəbi nədirsə, AZAL-ın da ziyanla işləməsinin səbəbi eynidir. Məsələn, bu gün "Azərsu" da ziyanla işləyir, verdiyi hər bir manata görə, büdcədən əlavə 30-40 manat vəsait ayrılır. Həmçinin, "Azərenerji". Yəni, bu cür bütün dövlət şirkətlərinin ziyanla işləməsinin səbəbi odur ki, onların bütün xərcləri dövlət büdcəsindən qarşılanır. Mənfəətlə də işləsə, rentabellə də işləsə, dövlət büdcəsinə xeyir gedir. Ona görə də, onlar fikirləşir ki, dövlət büdcəsinə niyə xeyir verək. İstəyirlər ki, həm büdcədən alsınlar, həm biletləri bahalaşdırsınlar. Ortada böyük pullar yaransın, O pulları da müxtəlif istiqamətlərə yazmaqla mənimsəyirlər. Bunun yeganə səbəbi şirkətin dövlət şirkəti olması, özəl şirkət olmamasıdır".
Ekspert qeyd edib ki, AZAL ziyanla işləsə də, müflis olmur:
"O, özəl şirkət olsa, onu idarə edən də, menecerləri də şirkətin rentabelliyi istiqamətində çalışmalıdırlar. Belə olan halda da yaşayacaq. Rentabelli olmasa, müflis olub fəaliyyətini dayandıracaq. Amma indi zərərlə işləyəndə müflis olmur. AZAL-ın qeyd edilən qədər zərəri var, bu o deməkdir ki, müflis olub. Amma dövlət onu maliyyə ilə təmin edir. AZAL-ın rəhbərliyi də ona arxayındır ki, müflisləşsə də, rentabel üçün işləsə də, dövlət büdcəsi onları maliyyələşdirəcək və onlar ayaqda qalacaq. Məsələn, AZAL özəlləşdirilib Cahangir bəyin mülkiyyətinə verilsə, 6 aydan sonra rentabelli fəaliyyətə başlayacaq, biletlər də ucuzlaşacaq".
İqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib. O, AZAL-da yeyintilərin olduğunu deyib:
"Bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir. AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik..."
Aydın Nuri

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR