AZAL hər gün Bakıdan İstanbula uçuşlar həyata keçirəcək

AZAL hər gün Bakıdan İstanbula uçuşlar həyata keçirəcəkAZAL hər gün Bakıdan İstanbula uçuşlar həyata keçirəcək
Milli aviadaşıyıcı – "Azərbaycan Hava Yolları" QSC (AZAL) avqustun 1-dən Bakı ilə Türkiyənin İstanbul şəhəri arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq.
Bu barədə AZAL-dan bildirilib.
Məlumatda deyilir ki, hazırda Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə dörd dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. 
Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya "WhatsApp" messenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz:
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
- "Referans" laboratoriyası;
- "Leyla" klinikası;
- "Memorial" klinikası;
- "Bona Dea" xəstəxanası;
- "İnci" laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- "Kaspian Hospital";
- "UltraLab".
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir:
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.
İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.
Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.
"Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: /oxu.az

Turizm       Tarix: 22 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat