Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə" builki tədbirin əsas mövzusu olub.
Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional maliyyə institutu və şirkətin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə əsas diqqət müxbir əlaqələrin genişləndirilməsi, mövcud tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və qorunub saxlanılması, eləcə də qarşılıqlı biznes imkanlarının genişləndirilməsi və beynəlxalq hesablaşmaların inkişafına yönəldilib.
SIBOS 2026 çərçivəsində SOCAR-ın səlahiyyətli nümayəndələri Azər Türk Bankın beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə bir sıra görüşlərində birbaşa iştirak etmiş, innovativ texnologiyaların tətbiqi və dayanıqlı maliyyələşdirmə imkanları barədə birgə müzakirələr aparılmışdır.
1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün müxtəlif istiqamətlərdə müzakirələrin aparılması və qarşılıqlı əməkdaşlıqların qurulması baxımından əsas biznes forumuna çevrilib.
Azər Türk Bankın SIBOS 2026-da iştirakı qlobal maliyyə icması ilə açıq dialoqa və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bu istiqamətdə əməkdaşlığın inkişafı Bankın beynəlxalq maliyyə mühitində mövqeyinin daha da möhkəmləndirilməsinə və yeni biznes imkanlarının yaradılmasına xidmət edir.
/ azxeber.com

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi
AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"
Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Qol və ayaqlardakı bu simptom xərçəngin əlamətidir?
Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək
AnewZ': Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
Azərbaycan hərbçisi ilə bağlı İrəvandan YENİ QƏRAR – Paşinyan detalları açıqladı
Cüdoçumuz dünya üçüncüsü oldu
Keçmiş nazirdən sensasiyalı təkliflər