Azər Türk Bank onlayn xidmətləri genişləndirir
Dövlət bankı Azər Türk Bank klassik bank modelindənuzaqlaşaraq, müasir elektron xidmət şəbəkəsi yaratmaq əzmindədir.
azxeber.com xəbər verir ki, bankın qurduğu ekosistem müştərilərə, o cümlədənhüquqi şəxs və fərdi sahibkarlara tam olaraq onlayn qaydada xidmət göstərməyə lazımi imkan verir.
Artıq neçə müddətdir Bankın saytında yer almış portalından müştərilər məmnunluqla istifadə edirlər.
Bu portal korporativ müştərilərin Bankla təmasını bütünlüklərəqəmsallaşdırmağa şərait yaratmış bir həlldir.
24/7 rejimində çalışan, müştərilərə bank əməliyyatlarınınməsafəli, təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı verən "ATB Business" internet və mobil bankçılıq tətbiqləri ilə yanaşı, hub.atb.az portalı vasitəsilə bütün növ müştəri müraciətləri və sifarişlərininelektron qaydada qəbulu və icrası, qarşılıqlı sənəd mübadiləsi, sənədlərinimzalanması təmin edilir.
İmkanları daima genişlənən portal hazırda 4 istiqamətdəxidmət göstərir:
Növbə anketi— bu imkan sayəsində müştərilər Banka müraciətünvanlamaqla, aparılmalı olan əməliyyatlarını öncədən sifariş edir və Banka gələrkənonlara növbədənkənar, qısa müddət ərzində xidmət göstərilir;
İnternetbankçılıq müraciəti— Bankda distant hesab açmış korporativ müştərilər buradan "ATBBusiness" internet və mobil bankçılıq tətbiqlərinə qoşulmanı rahatlıqla edə bilirlər;
Elektron sənəddövriyyəsi– portalın bu həlli sayəsində Bank və müştərilər qarşılıqlı, istərsə də birtərəfliqaydada müxtəlif sənəd (ərizələr, arayışlar, müraciətlər və s.) mübadiləsini,elektron şəkildə sənədlərin "Asan İmza" vasitəsilə imzalanması (bütün növmüqavilələr, sazişlər, razılaşmalar və s.) və arxivləşdirilməsi həyatakeçirilir;
Terminaldan məxaric – korporativ müştərilər hesablarından vəsaitlərinməxaricini rahat şəkildə, növbəsiz rəsmiləşdirə və bankın müxtəlif xidmətstrukturlarında quraşdırılmış müasir ADM terminallar vasitəsilə əldə edə bilirlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıwww.atb.az saytından,bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055)3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldəedə bilərsiniz.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR