Azər Türk Bank sahibkarlara müasir ödəniş qəbulu xidmətlərini təqdim edir

Azər Türk Bank sahibkarlara müasir ödəniş qəbulu xidmətlərini təqdim edirDövlət bankı Azər Türk Bankın hüquqi şəxs olan müştərilərinə və fərdi sahibkarlara kartlarla aparılan ödənişlərin qəbulu üçün müasir ekvayrinq xidmətlərini - E-POSvirtual ödəniş qəbulu terminalı və POS/Smart Kassa qurğularını təklif edir.
azxeber.com xəbər verir ki, E-POS xidməti sahibkar tərəfindən müştərilərinə təqdim etdiyi xidmət və ya məhsullar müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edə biləcəyi unikal vasitədir və ənənəvi "Elektron ticarət" (E-commerce) xidmətinin sadələşdirilmiş bir növüdür. Onlayn satışı müxtəlif sosial şəbəkələr və digər kanallar üzərindən həyata keçirən sahibkarlara müştəri ödənişlərinin bu xidmət vasitəsilə qəbul etmək üçün internet saytın açılması tələb edilmir.
E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar "3D Secure" protokolu ilə qorunur. Eləcə də sahibkar "ATB Business" vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edə və hesabatlar yarada bilir, həmçinin CASHBACK əldə edir.
Azər Türk Bankın sahibkar müştərilərinə təklif etdiyi digər ekvayrinq məhsulu yeni nəsil POS / Smart Kassa qurğusudur. Qeyd olunan cihaz ənənəvi POS-Terminal funksiyası ilə yanaşı, smart kassa aparatı və bir çox əlavə imkanları özündə birləşdirir. Müasir "Android" platforması üzərində çalışan, "touchscreen" ilə təchiz edilmiş bu qurğular aşağıdakı imkanlara malikdir:
· Eyni cihazın həm fiskal onlayn kassa qurğusu, həm də POS-terminal olaraq istifadəsi
· Məhsul və xidmətlərin siyahısının əlavə edilməsi imkanı
· Smartfon, ağıllı saat və digər ödəniş alətləri ilə təmassız ödəniş imkanı
· Qurğunun müəssisədaxili uçot sistemi ilə birbaşa inteqrasiyası ("1C" və s.)
· Satış dövriyyəsi barədə hesabatların əldə edilməsi və s.
Qeyd olunmalıdır ki, Bank Smart Kassa xüsusiyyətlərini özündə daşıyan qurğuları müştərilərə əlavə ödəniş tələb edilmədən təqdim edir və müştəri yalnız POS-terminaldan istifadə üzrə komissiya haqqını ödəyir. Bütün sahibkarlar heç bir ödəniş etmədən Azər Türk Bankda hesab açaraq, "ATB Bussines"də qeydiyyatdan keçməklə sözügedən xidmətlərdən faydalanmaq üçün müraciət edə bilərlər.
Daha ətraflı məlumatı saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000-945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə etmək olar.

İqtisadiyyat       Tarix: 10 mart 2022
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


azerbaycan xeberleri son xeberler yeni xeberler dunya xeberleri maliyye xeberler bugun maraqlı xəbərlər gunun xeberleri