"Azərbaycan bu gün Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi qorumaq üçün faktiki mandata malikdir" - rusiyalı ekspert
"Bu gün bir çox dövlətlər, xüsusən də Qərb dövlətləri suveren dövlətlərdə ictimai-siyasi proseslərin inkişafını öz nəzarəti altına almağa çalışırlar. Bu baxımdan Azərbaycana təzyiq etmək əbəsdir. Fransa və digər qeyri-dost ölkələr nə qədər səy göstərsələr də, mən tam əminəm ki, Azərbaycanın istənilən xarici təsir faktoruna müqaviməti güclü olacaq".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, bu gün obyektiv olaraq Cənubi Qafqaz regionu və Xəzər dənizi ən mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir.
"Azərbaycan bu gün təkcə öz təhlükəsizliyinə cavabdeh deyil, həm də Cənubi Qafqazın təhlükəsizliyini və sabitliyini qorumaq üçün faktiki mandata malikdir. Bu, həm də Azərbaycanın müstəqillik illərində dövlət siyasi quruculuğu sahəsində əldə etdiyi uğurların sübutudur.Əminəm ki, COP29 Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək".
Natiq Səlim,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb