Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir - Hikmət Hacıyev
Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir, "Vahid Çin" siyasətini müdafiə edir və bir-birinin əsas maraqlarına aid məsələlərdə Çini qətiyyətlə dəstəkləməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla (Sun Weidong) görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan Çin ilə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, ümumi inkişaf və rifaha nail olmağa hazırdır.
S.Veydonq isə qeyd edib ki, Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə bütün səviyyələrdə sıx əlaqələr saxlayır, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlıqda mühüm irəliləyiş əldə edib və beynəlxalq səviyyədə səmərəli koordinasiya həyata keçirib:
"Pekin iki dövlət başçısı arasında əldə edilmiş ümumi razılaşmalara əməl etmək, strateji baxımdan bütün sahələrdə sabit, dərin və güclü ikitərəfli əməkdaşlığı təşviq etmək və Çin-Azərbaycan münasibətlərinin səviyyəsini daim yüksəltmək üçün əməkdaşlıq etməyə hazırdır".
Kurslar.az kurslar [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək