Azərbaycan daha bir beynəlxalq reytinq cədvəlində mövqeyini yüksəldib
Azərbaycan ABŞ-ın İrs Fondunun hazırladığı "İqtisadi azadlıq indeksi"nə görə bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib.
Milli.Az bildirir ki, bunu Trend-ə məlumat verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan dünyada "İqtisadi azadlıq indeksi"ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır:
"Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki "İqtisadi azadlıq indeksi"nin tarixində Azərbaycan qədər irəliləyiş edən ikinci bir ölkə yoxdur.
Beləliklə, Azərbaycan əsasən azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan "İqtisadi azadlıq indeksi"nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölklərini geridə qoyub. Azərbaycan Avropa regionunda "İqtisadi azadlıq indeksi"ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndilib. Azərbaycanın "İqtisadi azadlıq indeksi" Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən "İrs Fondu" Azərbaycanı Asiya-Sakit okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib".
Milli.Az /news.milli.az

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü