Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanır

Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanırATƏT-in Minsk Qrupunun yarandığı vaxtdan qəbul etdiyi sənədlərə diqqət yetirsək, bu sənədlərdə indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən söhbət açılmayıb, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə açıq şəkildə etirazını bildirib, münaqişənin yalnız Minsk Qrupu çərçivəsində, özlərinə sərf edən şəkildə həllini iddia edib. Bu qurum indiyədək Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını öz üzərinə götürməyib və demək olar ki, 30 ildən artıq müddətdə bütün dünyanı öz saxtakarlığı ilə aldadıb.
ATƏT-in Minsk Qrupu bir vaxt hazırladığı bəyanatı düşünülmüş şəkildə bir neçə dəfə yaymış və hazırladıqları, yalnız kağız üzərində qalan bəyanatın nəticəsinə belə əhəmiyyət verməmişdir. Ermənistan tərəfi də şübhəsiz ki, bu bəyanatlara laqeyd yanaşaraq öz işğalçı işlərini davam etdirmişdir. Durmadan cəbhəboyu ərazilərdə təxribatlar törətmiş, dinc əhalini qətlə yetirmiş, yaşayış məntəqələrinə ciddi ziyan vurmuşdur. 
ATƏT-in Minsk Qrupu indiyədək demək olar ki, Ermənistanın işğalçılığına göz yummuş və münaqişəni həll etmək mövzusunda tamamilə fəaliyyətsiz olmuşdur. Belə ki, 30 il müddətində bu qurumun nəzərə çarpacaq heç bir işi olmamışdır.
Nəhayət Azərbaycan öz tarixi torpaqlarını uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mükəmməl, hazırlıqlı ordumuz və igid, vətənpərvər övladlarımızın sayəsində, onların qanı, canı bahasına 30 illik işğaldan azad etdi. Lakin Azərbaycan tərəfinin öz əzəli-əbədi torpaqlarını azad etməsindən bir ildən artıq bir müddət keçməsinə baxmayaraq erməni tərəfi sülh müqaviləsi bağlamağa və sərhədlərin delimitasiyasına bu vaxtadək razı olmurdu. 
2021-ci  ilin 14 dekabrında ilk dəfə Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel gündəliyi formalaşdırılmışdır. Bu günə qədər İlham Əliyev və Şarl Mişel arasında dəfələrlə telefon danışıqları və yazışmalar olub. 
Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı tərəfdir. Belə ki, Azərbaycan və Ermənistan respublikaları arasında on illərlə mövcud olan problemlərin aradan qaldırılması və tezliklə sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirir və buna nail olmaq üçün yardımçı olmağa çalışır. 
2022-ci il aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul edib. Şarl Mişel görüşdə 2021-ci ilin dekabr ayında - müharibədən sonrakı dövrdə keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini qeyd edib.
Tədqirəlayiq bir haldır ki, Şarl Mişel Brüssel görüşlərinin nəticələri ilə əlaqədar hazırlanan bəyanatda "Dağlıq Qarabağ" sözünü işlətməyib. Azərbaycanda qoşunların yerinin dəyişdirilməsini də Azərbaycanın öz daxili işi kimi qələmə verib. Bu bəyanatda ATƏT-in Minsk Qrupunun adına rəst gəlinməməsi də onu göstərir ki, artıq bu strukturun heç bir səlahiyyətləri qalmayıb.
Görüş qarşılıqlı anlaşma şəklində keçib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Sənəddə olan əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. 
Brüssel görüşündə eyni zamanda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaradılıb və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılmağa başlayıb.
Bildiyimiz kimi 44 günlük müharibədə Azərbaycanın zəfər çalmasından sonra ermənilərə əraziləri tərk etmək üçün vaxt verilmişdi. Ermənilər isə verilən bu vaxtdan istifadə edərək Azərbaycanın ərazilərinə minlərlə mina basdırıb getdilər. Müharibənin qanunlarına görə müharibə bitdikdən sonra basdırılan minaların xəritəsi digər tərəfə təqdim edilməlidir, lakin Ermənistan tərəfi hələ də buna əməl etmir. Bunun nəticəsidir ki, onlarla dinc sakin bu minalara düşərək həyatını itirib və yaxud ömürlük şikəst olub. Minaların təmizlənməsi isə çox uzun vaxt aparır. Odur ki, gözü yolda qalan qaçqın və köçkünlərimiz öz yurd yuvalarına geri qayıda bilmirlər. Brüssel görüşündə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, itkin düşmüş şəxslərin tapılmasında, eləcə də bu ərazilərdə quruculuq və bərpa işlərində Avropa İttifaqının da yaxından iştirak edəcəyi və Azərbaycana dəstək olacağı nəzərdə tutulduğu qeyd olunub.
Brüssel görüşü görkəmli, uzaqgörən siyasətçi, Prezident İlham Əliyevin növbəti  diplomatik uğuru idi. 
Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi regional lider kimi qəbul edir və dəstəkləyir.
Ermənistanın son vaxtlar hər hansı bir iddialarla prosesi ləngitmək cəhdləri cənab Prezidentimiz İlham Əliyevin böyük siyasəti və nüfuzu sayəsində iflasa uğrayır. Azərbaycan qısa müddətdə döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də böyük qələbələr qazanmaqdadır.
Sevindirici haldır ki, Azərbaycan Prezidenti öz savadı, bacarığı, siyasəti, diplomatiyası ilə bütün dunyada tanınmış və hörmət qazanmışdır. 
Şəhla Ağbulud

Siyasi       Tarix: 12 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 son xeberler azerbaycan son xabar kriminal bugun