Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub
Dünya Bankının "Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması" mövzusunda hesabatı dərc olunub. Hesabatın əhatə etdiyi Avropa və Mərkəzi Asiya bölgəsində ən çox Azərbaycan təcrübəsinə (case study) istinad edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hesabatın üç bölməsində - "Dövlət siyasəti proseslərinin gücləndirilməsi", "Xidmətin çatdırılmasının idarə edilməsi" və "Siyasətin səmərəliliyinin artırılması drayverləri və amilləri" hissələrində Azərbaycan təcrübəsi geniş təhlil edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyilə strateji yol xəritələri qəbul edilib, islahatların effektiv idarəedilməsi mexanizmi qurulub, ölkə dalbadal dünyanın ən islahatçı dövlətləri sırasına yüksəlib və Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə "nəticə-əsaslı yaxşı idarəetmə" nümunəsi yaradıb. Prezidentin yaratdığı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl dialoqu əsasında islahatların inklüzivliyinin təmin edilməsində rol oynayır.
Hesabatda Azərbaycandakı məhkəmə-hüquq islahatlarına da yer ayrılıb. Bildirilib ki, məhkəmələrdə yaradılan elektron sistem səmərəliliyə nəzarət, e-qərar və e-siyasət mexanizmlərinin inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və sadələşdirə bilər. Məhkəmə nəbzi (Court Pulse sistemi) inkişaf etmiş İKT sisteminin sadəcə kiçik bir hissəni təşkil edir. Elmi baxımdan yaradılaraq tətbiq olunan səmərəliliyin kəmiyyət baxımından idarəetmə sistemi məhkəmələrdə təkmil və standartlaşdırılmış qərar qəbul etmə prosesini təmin edərək vaxt, keyfiyyət və xərclərin səmərəliliyi / məhsuldarlıq kimi aspektləri əhatə edir.
Hesabatda həmçinin Azərbaycanın neftlə zəngin ölkə kimi hasilat sənayesinin şəffaflığı üzrə beynəlxalq təşəbbüslərdə iştirakına da yer ayrılıb. Qeyd olunub ki, maraqlı tərəflər arasında dialoq qurmaq, hökumətə etimadı artırmaq və investisiya mühitini yaxşılaşdırmaq üçün hasilat sənayesində şəffaflıq təşəbbüsü vacibdir.
Dünya Bankının "Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması" mövzusunda hesabatı ilə bu linkdən tanış olmaq mümkündür:
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar