"Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir" - Deputat

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) keçirilib. Tədbirdə yerli və xarici investorlar, biznes nümayəndələri və iqtisadçılar iştirak edib. Forum çərçivəsində ölkənin investisiya imkanları təqdim olunub, yeni iqtisadi layihələr müzakirə edilib və xarici investisiyaların cəlb edilməsi imkanları araşdırılıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov azxeber.com-a açıqlamasında qeyd edib ki, Azərbaycan son illərdə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir:
"Ölkəmizin durmadan artan nüfuzu siyasi, iqtisadi və digər sahələrdə özünü göstərir. 2020-ci il Vətən Müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra suverenliyimizin bərpası qlobal səviyyədə gücümüzü artırdı. Eyni zamanda iqtisadi potensialımız da davamlı inkişaf edir".
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayaraq dünyanın ən güclü şirkətlərini ölkəmizə cəlb etdi və siyasi-təhlükəsizlik arxitekturasında böyük addımlar atdı:
"Cənab Prezident İlham Əliyev də idarəetmə sistemində ölkəmizin inkişafına iqtisadi və siyasi sahədə xüsusi diqqət yetirdi".
Millət vəkili deyib ki, son illərdə əsas gəlir mənbəyimiz neft-qaz sektoru olaraq qalır:
"Lakin bununla yanaşı, qeyri-neft sektoruna da ciddi önəm verilir və bu sahənin inkişafına xüsusi diqqət yetirilir".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 24 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Qaytarıla bilməyən kreditlər bağlanacaq

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçünc

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – "Məhsul bayramı" baş tutub. xəbər verir ki, tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətl


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün cəbhədən son xeber xabarlar hava haqqinda