"Azərbaycan elektron hökumətin inkişafına görə dünyada "yüksək liqa"dadır"

"Azərbaycan elektron hökumətin inkişafına görə dünyada "yüksək liqa"dadır"BMT-nin Elektron Hökumət Sorğusunun 11-ci nəşri işıq üzü görüb.
Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ölkənin hesabatdakı mövqeyini mərkəzin icraçı direktoru Vüsal Qasımlı şərh edib.
Onun sözlərinə görə, Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə dünyada 193 ölkə arasında 70-ci, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında ilk üçlükdə qərarlaşmışdır: "Hesabatda ölkələr elektron hökumətin inkişafı indeksinə görə ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdiriliblər. Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə yüksək qrupa aid edilib, hesabatda xüsusi olaraq vurğulanıb ki, dövlətimiz ən yüksək qrupa keçməyə real namizəddir. Ölkəmiz bu reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 0,66-dən 0,71-ə qədər yüksəltməyi bacarmışdır. Hansı ki, indeks 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda elektron hökumətin inkişafı indeksi 0,71 olmaqla, orta dünya göstəricisi - 0,6-dan 11 bənd yüksəkdir. Elektron hökumətin inkişaf indeksinə görə Azərbaycan yerləşdiyi Asiya bölgəsinin malik olduğu 0,64 həddində olan orta göstəricini də 7 bənd qabaqlayır.
Azərbaycanda yaradılmış "Elektron Hökumət" informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə qeyri-rezidentlərə dünyada ilk dəfə olaraq mobil və elektron imza verməklə dünyanın istənilən nöqtəsindən dövlət xidmətlərini əlçatan edir. Prezident İlham Əliyevin rəhbərliyilə ilə yaradılan ASAN brendinin ardınca, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq və sosial müdafiə üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Prezident İlham Əliyevin rəhbərliyilə aparılan "Doing Business" islahatları, o cümlədən, lisenziya və icazələr, biznesə başlama, komunal xidmətlər, dövlət satınalmaları, vergi, gömrük, xarici ticarət, məhkəmə-hüquq və s. sahələrdə əldə olunan nailiyyətlər elektron hökümətin güclənməsinə zəmin yaratmışdır. Bu gün Azərbaycanda elektron kənd təsərrüfatı, elektron təhsil, elektron səhiyyə, elektron bankçılıq, elektron sosial xidmətlər, elektron viza və s. təşəbbüslər həyata keçirilir. Nəticədə ölkəmiz BMT-nin hesabatında qiymətləndirilən 20 xidmətin əksəriyyətini on-line təqdim edə bilir.
BMT-nin hesabatında Online xidmətlərin inkişafını göstərən indeks (OSİ) üzrə ölkələri qruplaşdırarkən, Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə "yüksək indeksli" dövlətlərin qrupuna daxil edilib. Azərbaycan elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta Rika, Çexiya kimi dövlətlərlə birlikdə "yüksək liqa"ya aid olunub. Azərbaycanda yaradılan "İdeya Bankı" elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilmişdir. Vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə yol açmaqla yanaşı dövlətin qərar qəbul etməsi prosesində bilavasitə iştirak edirlər. Rəqəmsal hökumət vətəndaş-mərkəzlidir, ictimai iştirakçılığa şərait yaradır və data-əsaslı qərar qəbuletməni təmin edir.
Azərbaycanda elektron hökumətin inkişafının "ən yüksək liqa"ya keçməsi üçün telekommunikasiya infrastrukturu və insan kapitalının inkişafı istiqamətində fəaliyyətlər daha da sürətləndirilməlidir.
Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyur. BMT, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CİSCO, VİSA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər. Azərbaycanın "ağıllı dövlət" (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.
Son 10 gündə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ərəfəsində - əvvəlcə BMT-nin davamlı inkişaf məqsədləri indeksi, sonra isə elektron hökumət indeksi üzrə Azərbaycanın öncül mövqelərdə qərarlaşması böyük önəm kəsb edir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 139,7 dollar azalaraq 4 365,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 4,87 dollar azalaraq 69,1 dollara bərabər olub

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Bel

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"

"ColorStorm"un Abşeron Ticarət Mərkəzində böyük mağaza və "showroom" açılışı - Fotolar

Dekorativ boya və interyer həlləri sahəsində fəaliyyət göstərən "ColorStorm" şirkətinin Abşeron Ticarət Mərkəzində yerləşən yeni böyük mağaza və "​showroom"unun açılışı uğurla baş tutub. xəbər verir ki

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. . Beynəlxalq sammit Azərbaycan Respublikasını

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər en son xeberler xeber xeberler