Azərbaycan ərazisindən daşınan yüklərin həcmi artıb

Azərbaycan ərazisindən daşınan yüklərin həcmi artıbŞimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri vasitəsilə tranzit rejimində Azərbaycan ərazisi ilə nəql edilən yüklərin həcmi Astara yük terminalında ümumi həcmdən 2020-ci ilin ilk 7 ayı ərzində 220 358 ton və ya 3799 vaqon təşkil edib ki, bu da ötən ilin göstəricisindən daha çoxdur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti "ADY Express" MMC-dən bildiriblər. 2019-cu ilin eyni dövrü əhatə edən tranzit daşımalara aid statistik göstəricilər müvafiq olaraq 160 537 ton yük və 2406 vaqon təşkil edib.
Hesabat dövründə Astara (İran) yük terminalında ümumən 5348 vaqonda 275 283 ton yük aşırılıb. Bunlardan 2114 vaqonda 132 736 ton yük Astaraya nəql edilib. Astaradan isə 3234 vaqonda 142 547 ton yük daşınıb.
Astara terminalında yüklərin ortalama gündəlik daşınması 1529 ton və ya 30 vaqon təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 12,3 faiz çoxdur. Əsas yük növləri taxta və taxta məmulatları, dənli bitkilər, meyvə-tərəvəz, tikinti materialları və s.
2020-ci ilin yanvar-iyul aylarında Astara(İran) yük terminalından keçən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox yük daşındı. 2019-cu ilin eyni dövrü ərzində Astara (İran) yük terminalında 3124 vaqonda 194 265 ton yük keçib.
Şimal-Cənub marşrutu ilə yük daşımalarının həcminə görə lider olan ölkələr isə Rusiya və İran olub.
Onu da qeyd edək ki, iyun ayının əvvəlindən, Gürcüstan dəmir yolları İrandan Gürcüstan istiqamətinə daşınan yüklərin qəbuluna birtərəfli qaydada qadağa qoyduğundan, Cənub-Qərb dəhlizi ilə yükdaşımalar faktiki olaraq dayandırılıb. Bu marşrutla orta hesabla ayda 10 min tona yaxın yük daşınırdı və bu yüklər hazırda nəql edilmir. Əks halda Astara terminaldında aşırılan yüklərin ümumi həcmi daha da artıq ola bilərdi.
Xatırladaq ki, Astara yük terminalında yüklərin aşırılması üzrə operator "Azərbaycan Dəmir Yolları" QSC-nın törəmə şirkəti olan "ADY Express" MMC-dir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az