"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO

"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının balansına yenicə daxil edilən RoPax tipli "Azərbaycan" gəmi-bərəsi ilk səfərini başa vuraraq yenidən Ələtdə yerləşən Bakı limanına qayıdıb.
Bu barədə ASCO-dan məlumat verilib.
Ələt-Kurık, Kurık-Ələt istiqamətində yerinə yetirilən səfər uğurla və təhlükəsiz şəkildə başa çatıb.
Unikal gəminin və onun peşəkar heyətinin Bakı limanında ASCO-nun sədri Rauf Vəliyev qarşılayıb.
Rauf Vəliyev "Azərbaycan" gəmisinin heyət üzvlərinə təşəkkürünü bildirib, onların səfər təəsüratlarını öyrənib.
Gəmi kapitanı Ayaz Pirmuradov və heyət üzvləri "Azərbaycan" gəmisinin ilk səfərinin problemsiz və qəzasız, eyni zamanda yaddaqalan keçdiyini bildiriblər. Onlar tarixi gəminin ilk heyəti olduqlarına görə böyük qürur hissi duyduqlarını vurğulayıblar. Dənizçilər bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarına dair söz veriblər.
Daha sonra Rauf Vəliyev gəmidə dənizçilər üçün yaradılan şəraitlə yaxından tanış olub, gələcək səfərlərə dair öz tövsiyə və tapşırıqlarını verib. Sonda heyətlə xatirə fotosu çəkdirib.
Qeyd edək ki, "Azərbaycan" ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.
Gəmi ilk səfərinə 7 may tarixində çıxıb və Qazaxıstanın Kurık limanına gedib. Növbəti səfər isə bu gün Türkmənistanın "Türkmənbaşı" limanına olacaq.

"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb - FOTO/VİDEO

Sosial       Tarix: 09 may 2021
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu bugunun xeberleri bugünki xəbərlər butun xeberler