Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edirTarixən Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır. Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir.  Azərbaycan–Gürcüstan münasibətlərində mehriban qonşuluq və dostluq xətti üstün olmuşdur. Müstəqillik mərhələsində bu münasibətlər xüsusi məzmun və strateji məqsəd almışdır.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra Gürcüstanla əməkdaşlıq istiqamətinə ayrıca diqqət yetirdi və onun strateji əhəmiyyətini hər kəsə anlatdı. Onu vurğulayaq ki, iki ölkə arasında müstəqillik dövründə diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılmasına baxmayaraq, aktiv siyasi-diplomatik münasibətlər 1995-ci ildən başlanmışdır. Belə ki, həmin ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi və 1996-cı ilin mart ayında Tbilisidə (Heydər Əliyevin Gürcüstana ilk səfəri zamanı) Azərbaycan səfirliyi açılmışdır. Azərbaycanla Gürcüstan arasında münasibətlərin bu cür məzmun almasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Yəni müstəqillik mərhələsində də Azərbaycan dövləti Gürcüstana dost və əməkdaşlıq əlini uzatmışdır. Proseslər göstərdi ki, bu, sadəcə diplomatik jest deyildir, həm də Azərbaycanın ciddi surətdə reallaşdırdığı xarici siyasətin bir aspektidir. Konkret desək, Azərbaycan Respublikası davamlı surətdə Gürcüstanla əlaqələri bərabərhüquqluluq və mehriban qonşuluq şəraitində beynəlxalq hüquq normalarına uyğun münasibətləri inkişaf etdirmək kursunu seçmişdir. Və etibarlı surətdə bütün mərhələlərdə bu vədinə tam əməl etməkdədir.
Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan yeni iqtisadi-siyasi münasibətlər dövründə, müstəqillik şəraitində xeyli inkişaf ediblər. Bununla yanaşı, hər iki ölkə qarşısında dayanan çağırışlar da, problemlər də eyni olub – ərazi bütövlüyünün pozulması, aqressiv separatizm. Hələ ki, Cənubi Qafqazda sülh tam bərqərar olmadığından Bakı ilə Tbilisi bir-birinə dəstək baxımından daha sıx əlaqədədirlər. Eyni zamanda, hər iki tərəf bu qənaətdədir ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bütün bunlar həm də regionun üçüncü ölkəsi, təcavüzkar Ermənənistana ciddi bir mesajdır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana rəsmi gəlmişdir. Üstəlik, onun sözlərinə görə, bu, M.Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəridir. M.Kavelaşvilinin ilk xarici səfərini sülhsevər, 30 il ərzində pozulmuş ərazi bütövlüyünü öz gücünə təmin edərək, nümunə göstərmiş Azərbaycana etməsi, dünyaya, ilk növbədə, Ermənistana sülh siqnalı olmalıdır. Yəni, vaxtdır, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu olmalıdır!
Gürcüstan Prezidenti, bütövlükdə qonşu ölkənin hökuməti Azərbaycana xoş və səmimi jestlərini həmişə nümayiş etdirdiyi kimi, bir qədər əvvəl, Novruz bayramı günlərində bir daha ortaya qoydu. Həmin gün Borçalıda təşkil olunmuş Novruz bayramı şənliklərinə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər də qatılmışdılar. Şənlik böyük mehribanlıq və qonaqpərvərlik şəraitində keçib, gürcü rəsmiləri ölkənin azərbaycanlı sakinlərini bayram münasibətilə təbrik edib, onlara qoşularaq şənləniblər. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutan tədbirdə Azərbaycan və gürcü dillərində şeirlər səslənib, rəqs nömrələri nümayiş etdirilib. Bu da bir daha iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də fəal işləməkdədirlər. Bu sahədə indiyədək bir sıra addımlar atılıb. Bir neçə il əvvəl Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib. Daha sonra Tbilisi Bakı və İrəvan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması təşəbbüsü ilə çıxış edib. 2023-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Tbilisiyə səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Gürcüstanın Baş naziri bəyanatında bildirmişdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident cənab İlham Əliyev bu işə çox böyük töhfələr verir.
İman Abduyev – politoloq / azxeber.com

Siyasi       Tarix: 17 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Finlandiyadan SENSASİON QƏRAR - Nüvə silahı

Finlandiya parlamentinin bu gün qəbul etdiyi qərarla ölkənin uzun illər qüvvədə olan nüvə silahı ilə bağlı qadağası aradan qaldırılıb. Parlamentin səsverməsi ilə təsdiqlənən yeni qanunvericilik nüvə silahlarının Finlandiy

İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?

"İranla Ermənistan arasında münasibətlərin yaxın perspektivdə birbaşa hərbi ittifaq və ya ortaq hərbi əməliyyat səviyyəsinə keçməsi real görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər iki ölkə əməkdaşlığı daha ço

Azərbaycan "Metrik Konvensiya"ya qoşulur

Azərbaycan "Metrik Konvensiya"ya qoşulacaq. apa-ya istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəy

İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda keçirilən "Süni intellek

Ərdoğan açıqladı: "Türkiyə hərbi tarixində ilk yaşanır..."

Biz son dərəcə xaos baş verən bir dövrün ortasındayıq. Türkiyə bu dövrün ruhunu çox erkən anlayan ölkələrdən biridir. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyəni

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerin

Makrondan İsrailə çağırış: "Silahları yerə qoyun"

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərginliklə bağlı radikal çağırış edərək, regionda davamlı sülhün bərqərar olması üçün həm Livanın "Hizbullah" hərəkatının, həm də İsrailin hərbi əməliyyatlara so

Azərbaycan və Ekvador arasında xüsusi pasport sahibləri üçün VİZALAR LƏĞV EDİLDİ

Azərbaycan və Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Fidan: İsrail ABŞ-İran danışıqlarını pozmaq üçün fürsət gözləyir

ABŞ və İran 60 gün ərzində bir neçə çətin məsələni həll etməlidirlər, burada çıxılmaz vəziyyətlərin yaranması mümkündür və İsrail danışıqlar prosesini pozmaq üçün fürsət gözləyir. KONKRET.azxəbər verir ki, bunu Türkiyəni


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər xeberler bugun cəbhədən son görüntülər sonxabar az