Azərbaycan Gürcüstanın enerji sistemində baş vermiş qəza ilə bağlı təcili yardım göstərib

Azərbaycan Gürcüstanın enerji sistemində baş vermiş qəza ilə bağlı təcili yardım göstəribAzərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal Gürcüstana 380-400 MVt elektrik enerjisi ötürüb.
azxeber.com xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
Qeyd edək ki, aprelin 19-da "Kavkasioni" elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib. Tiflisdə və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
"Azərenerji" dərhal Gürcüstanın Dövlət Elektrik Sistemi ilə paralel işi bərpa edib", - T.Abdullayev qeyd edib.
Gürcüstanın enerji operatorunun məlumatına görə, ölkədə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur. Tbilisinin bir çox ərazilərində artıq təchizat bərpa olunub.
Bu, artıq Gürcüstanda son bir ayda ikinci irimiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş verib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Gürcüstana 58 milyon 306,41 min ABŞ dolları (2,1 dəfə azalma) dəyərində 1 milyard 137 milyon 880,09 min kilovat/saat elektrik enerjisi tədarük edib. Hesabat dövründə Azərbaycandan ümumi enerji axınının həcmində Gürcüstan 64,9 % paya malik olub. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 15 milyon 593,61 min ABŞ dolları dəyərində 273 milyon 572,1 min kilovat/saat elektrik enerjisi tədarük edilib.

Siyasi       Tarix: 20 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou maliyye xeberler bugun maraqlı xəbərlər cəbhədən son dəqiqə