"Azərbaycan həmişə tarazlığı qoruyub saxlaya bilib" - Oskanyan

"Əgər hələ də 100% alternativiniz yoxdursa, niyə əlinizdə olandan imtina edirsiniz?. Avropaya istiqamətlənmə blefdir, xalqımız yenə aldadılır. Aİ-də bizi heç kim gözləmir, bəlkə 20-30 ildən sonra bu baş verəcək, amma hazırda bu haqda danışanlar sadəcə olaraq yanılırlar".
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
"Sadəcə şanslıyıq ki, Rusiya indiyədək bizə qarşı böyük səbir nümayiş etdirir. Siz Avropa İqtisadi İttifaqının bir hissəsisiniz və bu və ya digər dərəcədə onun üstünlüklərindən istifadə edirsiniz. Amma indi Avropaya doğru gedirsiniz.  Aİİ-nin aparıcı ölkəsi Rusiya Ermənistanın aktiv şəkildə Avropaya doğru irəlilədiyini görsə də, yumşaq yanaşır. Bunu erməni xalqı üçün edir, heç bir zərər vermək istəmir. Əks halda bu gün qazın qiyməti 4 dəfə arta, eləcə də vergi tətbiq oluna bilər. Rusiya ilə açıq qarşıdurmanın Ermənistan üçün yaxşı nəticələri ola bilməz", – deyə Oskanyan bildirib.
Onun fikrincə, rəsmi İrəvan siyasi kursunu davam etdirərsə, Rusiya Ermənistanı Azərbaycanla əvəz edə bilər.
"Rusiya Ermənistanı Azərbaycanla əvəz edə, bizi bütövlükdə unuda və strateji problemlərini Bakı vasitəsilə həll edə bilər. Biz artıq Şimal-Cənub yolunu itirmişik. Bu yaxınlarda üç fərqli proqrama baxdım, Ermənistan heç bir xəritədə yoxdur. Bu yol Hindistandan, Bəndər Abbasdan Rusiyaya, Azərbaycandan keçərək Avropaya gedir və bizimkilər indi də bir növ "Dünyanın kəsişməsindən" danışırlar.
Biz artıq bu yolu itirmişik, Şərq-Qərb yolu bizim üçün hələ mövcud deyil, Azərbaycan həmişə tarazlığı saxlaya bilib, indi Rusiya ilə münasibətlərini daha da dərinləşdirə və bizi əvəz edə bilər. Gürcüstan daha çox bir-birini tamamlayan siyasət aparır. Onlar Rusiya ilə münasibətlərini normal vəziyyətə salacaq, biz isə tam təcrid vəziyyətində olacağıq. Bu hakimiyyətin siyasəti buna gətirib çıxarır və təhlükə qarşımızdadır. Region böyük dəyişikliklərə məruz qalır və rollarda dramatik dəyişiklik ola bilər", – Oskanyan vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 03 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal cəbhədən görüntülər siyaseti xeberler bugun butun xeberler