Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribİsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərliyi ilə AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatında (BƏT) bir sıra görüşlər keçirib.
AHİK-dən KONKRET.az-a verilən məlumata görə, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Beate Andrees, İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) direktoru xanım Maria Helena Andre, eləcə də qurumun digər rəhbər şəxsləri ilə görüşlərdə iki qurum arasında əlaqələrdən, həyata keçirilən birgə layihələr və tədbirlərdən danışılıb, 2025-2026-cı illər üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə Konfederasiya sədri Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib. Müstəqilliyinin ilk illərindən Azərbaycanın BƏT-ə üzvlüyünü, təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya olunduğunu qeyd edən Konfederasiya sədri hazırda "Sosial təminat (minimum standartlar)" Konvensiyasının ratifikasiyasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, AHİK və üzv təşkilatları əmək şəraitinin davamlı olaraq yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə BƏT ilə sıx əməkdaşlıq edir, AHİK nümayəndələri təşkilatın sessiyalarında, aparılan müzakirələrdə fəal iştirak edirlər. BƏT-in dəstəyi ilə Bakıda və ölkəmizin regionlarında hər iki qurumun ekspert və nümayəndələrinin iştirakı ilə 40-dan çox seminar, konfrans və dəyirmi masa keçirilib.
Görüşlərdə həmçinin AHİK tərəfindən "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi – Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası"nın qəbul olunduğu, eləcə də AHİK-in BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqından biri olduğu vurğulanıb.
Bununla yanaşı, BƏT-in dəstəyi ilə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı 10-dan çox maarifləndirici vəsait, həmçinin "2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycanda görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrünə dair hesabat" nəşr olunub.
BƏT-də keçirilən görüşlərdə "yaşıl iqtisadiyyata" keçid, bu prosesdə ədalət prinsipinin qorunmasının əhəmiyyətindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən də bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti vurğulanıb.
AHİK nümayəndə heyəti həmçinin BƏT-lə imzalanması nəzərdə tutulan "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın təsdiq edilməsinin sürətləndirilməsini xahiş edib.
BƏT nümayəndələri qurumun konvensiya və tövsiyələrinə Azərbaycan həmkarlar ittifaqlarının önəm verdiyini, tərəfdaşlığın daha da genişlənəcəyinə əminliklərini vurğulayıblar.
Tərəflər 2025-2026-cı illər üçün əməkdaşlığa, o cümlədən əməyin təhlükəsizliyi, sosial dialoq, əmək prosesində qadınların və gənclərin hüquqlarının artırılması və "yaşıl" iş yerlərinin yaradılmasının təşviqi barədə müzakirələr aparıb, səslənən təkliflər barədə fikirlərini bildiriblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçiribAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib

Siyasi       Tarix: 19 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu xeberler az cəbhədən son görüntülər cebheden xeberler