Azərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır - TƏHLİL

Azərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır - TƏHLİLAzərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır - TƏHLİL
Pandemiya dövründə əsas yük səhiyyə işçilərinin üzərində olsa da, təxminən o qədər ağır və məsuliyyətli iş sosial xidmət sektorunun payına düşür. Xüsusən karantin rejiminin tətbiq olunduğu bir vaxtda əhalinin, əsasən, yaşlı, xəstə və köməksiz hissəsinin dövlət dəstəyinə daha çox ehtiyacı yaranır. 
Bütün bu yük isə sosial xidmət sektorunun üzərindədir. Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ətrafında yaranan ajiotaj da göstərdi ki, əhalinin ən həssas təbəqəsi ilə çalışan bu qurum cəmiyyətin xüsusi diqqət mərkəzindədir. Çünki qeyd olunduğu kimi, sosial xidmət qurumları əhalinin ən həssas və yardıma möhtac qrupu ilə çalışır. 
Bu mənada, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncam bir tərəfdən sosial sahə işçilərinə dövlət dəstəyini artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədinə xidmət edirsə, digər tərəfdən həm də məsuliyyət kimi qiymətləndirilməlidir. Çünki bu sektor, yuxarıda da qeyd etdiyimiz kimi, həssas əhali qrupu ilə işləyir və bu sahədə çoxsaylı şikayətlər, narazılıqlar mövcuddur. 
Məlum olduğu kimi, Azərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır. Bundan əvvəl həkimlərin və səhiyyə işçilərinin əməkhaqlarının artırılması ilə bağlı prezidentin sərəncamı oldu.
Ötən gün isə Prezident İlham Əliyev "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinə dövlət dəstəyini nəzərdə tutur. 
Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan ümumilikdə iki min nəfərin əməkhaqqına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onlarla bağlı xüsusi təcrid rejimi tətbiq olunur. Bu qrupa daxil olan şəxslərin gündəlik sosial tələbatlarının yerinə yetirilməsi üçün sosial xidmət işçiləri səfərbər edilib. Bu kateqoriyadan olan sosial xidmət işçiləri hazırda 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərir.
Nazirliyin məlumatında qeyd olunur ki, hazırda yaşı 65-dən yuxarı tənha insanlar, eləcə də, tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan əlilliyi olan şəxslər sosial xidmət işçiləri tərəfindən evlərində gündəlik sosial məişət xidmətləri ilə təmin olunurlar. Bundan başqa, son günlərdə müxtəlif dövlət və özəl müəssisələr tərəfindən ƏƏSMN xətti ilə 10 minlərlə tənha yaşlıya ərzaq payı verilib. 
Göründüyü kimi, ortada həm də iş var, özü də az deyil. Təbii ki, haqlı olaraq narazılıqlar, çatışmazlıqlar da var. Lakin nəzərə almaq lazımdır ki, bu, Azərbaycan tarixində və ümumiyyətlə dünyada ən böyük fəlakətlərdən biri hesab olunur. Hətta dünyanın "superdövləti" ABŞ belə pandemiyaya hazırlıqsız yaxalandı. Avropanın inkişaf etmiş ölkələri pandemiyaya təslim oldular. Bu mənada, Azərbaycanda bu mövzuda istənilən neqativ hadisəyə don geyindirmək olar. Amma müsbət təcrübə yaratmaq imkanı da var. 
Rəşad Quliyev /oxu.az

Siyasi       Tarix: 15 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes