Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü ölkənin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün atdığı addımlardan biri saymaq olar".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari deyib.
Onun sözlərinə görə, bu təşəbbüsün gerçəkləşməsi Azərbaycanın dayanıqlı inkişafa nail olmaq üçün necə fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.
Səfir əlavə edib ki, bu təşəbbüs Azərbaycanın öz məqsədinə nail olmasına böyük töhfə verir: "Eyni zamanda Azərbaycan İtaliya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlıq barədə qeyd etmək istəyirəm. Biz ümid edirik ki, növbəti ilin əvvəlində Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində ətraf mühit sahəsində ikitərəfli sənəd imzalayacağıq. Bu da ətraf mühitin mühafizəsinə öz töhfəsini verəcək".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş