Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib2020-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650,1 min barrel olub. Bunun 554,1 min barrelini xam neft, 96 min barrelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xam neftin 435,1 min barreli "Azəri-Çıraq-Günəşli", 119 min barreli isə SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.
"OPEC plus" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyulda sutkada xam neft hasilatını 163,9 min barrel azaldıb.
"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 164 min barrel azaltmaqla 554 min barrel həcmində saxlamalı idi. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalı idi.
Qeyd edək ki, 12 aprel tarixli "OPEC plus" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 9,7 mln. barrel azaldılması ilə bağlı birinci mərhələsi iyulun 31-də başa çatıb. Razılaşmanın 1 avqust- 31 dekabr tarixlərini əhatə edən ikinci mərhələsində "OPEC plus" ölkələri üzrə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr səviyyəsindən 18% az olmaqla 7,7 mln. barrel azaldılacaq. Bu dövrdə Azərbaycan müvafiq olaraq gündəlik xam neft hasilatını 131 min barrel azaldaraq 587 min barrel həcmində saxlamalıdır. Başqa sözlə, bu müddətdə Azərbaycanın gündəlik xam neft hasilatı ilə bağlı məhdudiyyətləri əvvəlki üç ayla müqayisədə 33 min barrel azalacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 08 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət kriminal xeberler az meherremlik 2026