Azərbaycan mallarına xaricdən yarım milyard dollarlıq sifarişlər olub - STATİSTİKA
Cari ilin yanvar-noyabr aylarında "Azexport" portalına 435,3 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın dekabr sayında bildirilir.
Sənədə əsasən, ötən ay isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 36,6 milyon ABŞ dolları təşkil edib. Ay ərzində "Azexport"a ən çox sifariş pambıq yağı, tibbi zəli, tənzif, nar şirəsi, tütün, fındıq ləpəsi, xurma, mühərrik yağı, meyvə şirəsi və s mallara daxil olub.
2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 noyabr tarixinə kimi isə (59 ay ərzində) "Azexport"a 145 ölkədən daxil olan sifarişlərinin dəyəri 2,66 milyard ABŞ dolları təşkil edib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR