Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib
2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barel olub.
Energetika Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bunun 683,7 min barelini xam neft, 80,2 min barelini kondensat təşkil edib. Gündəlik 418,9 min barel xam neft, 76,2 min barel kondensat, 15,5 min barel neft məhsulları ixrac edilib.
2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.
Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2020-cu ilin 31 mart tarixində başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar