Azərbaycan məhsulları beynəlxalq sərgidə - FOTO
Bu gün Rusiya Federasiyasının paytaxtı Moskvada "Worldfood Moscow 2020" beynəlxalq sərgisi öz işinə başlayıb.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 25 sentyabr tarixinədək davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı 30-a yaxın Azərbaycan şirkətinin nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, meyvə quruları və distilyatları, kompot, limonad, və digər məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirilir.
Qeyd edək ki, Azərbaycan istehsal olan qeyri-neft məhsulları indiyədək Rusiyada keçirilmiş bir sıra beynəlxalq sərgilərdə təqdim olunub, Azərbaycan sahibkarları və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, razılıqlar əldə olunub. Belə ki, ötən il Rusiyada təşkil olunmuş 2 beynəlxalq sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 mln. manat dəyərində müqavilə bağlayıblar. İndiyədək bu müqavilər üzrə 10,7 mln. manatlıqdan çox məhsul ixrac olunub.
Bu ilin 10-14 fevral tarixlərində Moskvada təşkil edilmiş "Prodexpo 2020" beynəlxalq ərzaq sərgisində isə 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirilib. Sərgi nəticəsində Azərbaycan məhsullarının ixracına dair 14 mln. manat dəyərində müqavilə imzalanıb və artıq 10 mln. manatlıqdan çox məhsul ixrac olunub.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar