Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi oldu

Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olduİyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.
azxeber.com xəbər verir ki,Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu və "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı"nı imzalayıblar.
Misirin neft və mineral ehtiyatlar naziri Tarek Əhməd Əl Molla və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu"nu imzalayıblar.
Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
Misirin rabitə və informasiya texnologiyaları naziri Amr Talaat və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.

Siyasi       Tarix: 08 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb. xəbər verir ki

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.  paylaşımı təqdim edir:

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın v

Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Tərəqqi" medalı ilə

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlı

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Prezident İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. KONKRET.azməktubun mətnini təqdim edir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Gün

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı paylaşım olunub. paylaşımı təqdim edir:

Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanı tənqid edən şəxslərə, o cümlədən öz siyasi müttəfiqlərinə "maariflənməyi" tövsiyə edib. xəbər verir ki, Tramp bu barədə Pensilvaniy

Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış etdi

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə regional təhlükəsizlik və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib. xəbər verir ki, İran Prezidenti İslam dünyasında mövcud ola


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari valyuta məzənnələri butun xeberler en sonxeber