Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi varDövlətimiz Azərbaycanda və bütün dünyada sülhün tərəfdarı olub. Eyni zamanda xarici strategiyanı həyata keçirərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib. Buna görə də dövlətimiz müasir dünyanın ən böyük hərbi alyansı olan NATO ilə əlaqələrə xüsusi önəm vermişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində "Sülh naminə tərəfdaşlıq" proqramının Çərçivə sənədinin imzalanması ilə qoyulmuşdur.  Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-atlantika strukturlarına inteqrasiya məqsədinə xidmət edir.
1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərmişdir. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə etmiş, NATO standartları ilə yaxından tanış olmuş və sülhməramlı qoşunlarımızın peşəkar səviyyəsini artırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mart ayının 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyatda demişdir: "Azərbaycan - NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanistanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşdular. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticə vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk".
Bu gün dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olmaqla Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Bütün dünya Azərbaycan ordusunun gücünü 2016-cı ilin aprel ayında gördü. Az müddət ərzində - cəmi 4 günə Ermənistan ordusunun təxribatlarına cavab olaraq, ordumuz əks-hücum əməliyyatı ilə düşməni məğlubiyyətə uğradaraq Füzulu, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan minlərlə hektar ərazisini azad etdi.
2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabr ayında cəmi 23 saatlıq antiterror əməliyyatı nəticəsində 30 il erməni quldurları tərəfindən işğal edilmiş torpaqlarımız düşməndən təmizləndi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Azərbaycan bu münaqişəni hərbi-siyasi yolla və öz gücü ilə həll etdi.
Müzəffər ordumuzun gücü, qüdrəti isə günbəgün artır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik. Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".
Azərbaycan işğal dövründə, demək olar ki, 30 il ərzində Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək üçün dəfələrlə cəhd etdi. Təəssüf ki, bu cəhdlər, bu danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticəsi olmadı. 
Ümidvarıq ki, tezliklə sülh bərqərar olacaq və Cənubi Qafqazda ciddi dəyişiklər baş verəcək.
Ölkə başçımız NATO-nun Baş katibi Yens Stoltenberq ilə enerji təhlükəsizliyi məsələsini də müzakirə edib və Brüsseldəki görüşdən sonra qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin bizim tərəfdaşımız olduğu barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir".
Ölkə başçısı eyni zamanda öz çıxışında qeyd edib ki, Azərbaycan bu il yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilib.
Baxmayaraq ki, Azərbaycan zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkədir, Azərbaycan tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır.
COP29-a ev sahibliyi edəcəyi isə Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 19 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com