Azərbaycan nümayəndə heyəti "Bridge" media və məzmun sənayesi sammitində iştirak edir - FOTOLAR
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünyanın media və məzmun sənayesinin ən böyük "Bridge" sammitində iştirak edir.
Sammit çərçivəsində media, rəqəmsal məzmun istehsalı, müəllif hüquqları, süni intellektlə yaradılmış materiallar, generativ alətlər, qarışıq reallıq, məlumatların gələcəyi, marketinq, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı sahələrini əhatə edən istiqamətlər üzrə tədbirlər, həmçinin sərgilər təşkil olunacaq.
Dekabrın 10-dək davam edəcək sammitdə yaradıcı şəxslər, media və məzmun istehsalçıları, investorlar, universitetlər və tədqiqat mərkəzlərinin təmsilçiləri olmaqla, ümumilikdə 60 mindən çox qonağın iştirakı nəzərdə tutulur. Bundan başqa, tədbirlərdə 400-dən çox beynəlxalq mütəxəssisin, o cümlədən siyasətçilərin, innovasiya liderlərinin və influenserlərin çıxışı gözlənilir.
Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri və vizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin başlanğıcını təmin etmək, qeyri-maddi yaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadların dəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təmin olunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinə töhfə verməkdir.





/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma