"Azərbaycan pandemiyanın iqtisadi təsirlərini minimumlaşdıra bilən ölkələrdəndir"

"Azərbaycan pandemiyanın iqtisadi təsirlərini minimumlaşdıra bilən ölkələrdəndir"Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxından dəstəklənməsi siyasəti davam etdirilir. Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində qeyd olunduğu kimi, ölkəmiz pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün həm vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması, həm də səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində intensiv fəaliyyəti davam etdirir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, 800 çarpayılıq hospitalın açılması və növbəti dövrdə daha 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə veriləcəyi də bunu bir daha təsdiq edir:
"Hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə tikilib.
Ölkəmizdə aparılan islahatlar, xüsusən də son 6 ildə daha da dərinləşdirilmiş islahat paketi nəticəsində pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı.
Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələr üzrə orta azalma göstəricisi 9 faizdir. Uzun müddət sürətli artımı ilə fərqlənən Çində pandemiya səbəbindən ÜDM 7 faizdən çox azalıb. Avrozonada aktivlik pandemiyadan əvvəlki dövr ilə müqayisədə 18 faiz azalıb. Göründüyü kimi, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmağa nail olan ölkələrdən hesab olunur. Cənab Prezidentin bəyan etdiyi kimi, pandemiya dövründə ön planda olan insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır".
Millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən strateji siyasət son illər Azərbaycanın maliyyə imkanlarının daha da güclənməsinə səbəb olub:
"Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən çoxdur. Azərbaycan bu göstəriciyə görə dünyada azsaylı ölkələrdən biridir. Pandemiyanın davam etdiyi növbəti dövrlərdə də bizim maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2020-ci ildə neftin dünya bazar qiymətinin aşağı olması və pandemiyanın təsirlərinə baxmayaraq, heç bir sosial proqram təxriə salınmayacaq.
Büdcədən maliyyələşən sosial ayırmalar həyata keçiriləcək. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Bu isə ondan xəbər verir ki, pandemiyanın davam edəcəyi halda növbəti aylarda da dövlət dəstəyinin güclənməsini müşahidə edəcəyik. Həmçinin vergi güzəştləri və güzəştli kreditlər paketi təsdiq olunub ki, bu da sahibkarların həmin paketlərdən istifadə etməsinə imkan verəcək. Bu baxımdan dövlət növbəti aylarda təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsini həyata keçirəcək. Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu Azərbaycanın iqtisadi gücünü və humanist siyasətini xarakterizə edən göstəricilərdəndir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 11 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat