Azərbaycan Prezidenti: 'Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur

Azərbaycan Prezidenti: 'Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur"Xoş gəlmisiniz. Avropa İttifaqından belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın, Avropa İttifaqı və onun üzvlərinin regional məsələlərə cəlb olunmasının yaxşı göstəricisidir. Bilirsiniz ki, bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur. Azərbaycan bir çox ölkə ilə, 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Düşünürəm ki, bu, bizim ölkəmizin çox böyük nailiyyətidir. Çünki, bu, üzv ölkələrin üçdəbirini təşkil edir və onu göstərir ki, əməkdaşlığın çərçivəsi həqiqətən çox genişdir, qarşılıqlı maraq, qarşılıqlı əhəmiyyət kəsb edən çox sahələri əhatə edir".
Bunu Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.
"Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır", - dövlət başçısı bildirib.

Siyasi       Tarix: 26 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərin

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Nazirlər Kabinetin


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta novruz bayramı enson xeberler xeber saytlari