Azərbaycan QHT-ləri bəyanat yaydı

Azərbaycan QHT-ləri bəyanat yaydıAzərbaycan QHT-ləri bəyanat yaydı
Azərbaycan QHT-ləri ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyən bəyanat yayıb.
Bəyanatı təqdim edirik:
"ABŞ Prezidenti Cozef Bayden dünən "1915-ci il hadisələri"nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri "soyqırımı" adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni "soyqırımının" beynəlxalq səviyyədə siyasi alətə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə "erməni soyqırımı"ın tanınması barədə qərar qəbul etməyib.
Ermənilərin "soyqırımı" iddiaları "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırımı və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.
Əgər ABŞ dünyadakı soyqırımı faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırımı zamanı yüz minlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüz minlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırımı aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.
Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk.
1. Rauf Zeyni Azərbaycan Milli QHT Forumu
2. Vüqar Əhmədov Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
3. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
4. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6. Yeganə Hacıyeva Gənc Demokratlar İnstitutu İctimai Birliyi
7. Solmaz Əliyeva Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi
8. Rufiz Qonaqov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
9. Əlisəfa Mehdiyev Dinc Dünya Araşdırma Mərkəzi
10. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma Birliyi
11. Qadir İbrahimli Güzəran Sosial araşdırmalar İctimai Birliyi
12. Elməddin Həsənov İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi
13. Qafar Mehdiyev Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası
14. Mübariz Laçınov Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi
15. İlqar Hüseynli Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi
16. Azər Qurbanəliyev Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi
17. Rəfail Ağayev "Avropa Gənclər Parlamenti - Azərbaycan" ictimai Birliyi
18. Nərgiz Balakişiyeva Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti
19. Seymur Verdizadə Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi
20. Araz Aslanlı Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi
21. İradə Yaqubova "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi
22. Nüşabə Məmmədova "Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi"
23. Vasib Sadıqov "Dirçəliş" İqtisadi Araşdırmalar Cəmiyyəti
24. İlham Məmmədzadə "Fəlsəfə Araşdırmalar" Ictimai Birliyi
25. Hatəm Cabbarlı Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi
26. Ramil İsgəndərli Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
27. Fəxrəddin Həsən-zadə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi
28. Əhməd Əlili İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
29. Azər Əliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
30. Şəlalə Həsənova İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi
31. Səbuhi Abbasov Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi
32. Fuad Abbasov "Misra" informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi
33. Ayaz Mirzəyev "Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi"
34. Fuad Hüseynzadə "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi
35. Ramiz Əliyev "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi
36. Pərviz Mirələmli Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
37. Şəhla Nağıyeva "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi
38. Toğrul Allahverdili Üçüncü Sektor İctimai Birliyi
39. Məryəmxanım Tağıyeva-Zeynalova "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı"
40. Qurban Kərimbəyli "Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi
41. Günay Vəlizadə Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi
42. Fərid Şahbazlı İslahatçı Gənclər İctimai Birliyi". /oxu.az

Sosial       Tarix: 25 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe en son xeberler bu gun xeber.az 2026 son.xeber