Azərbaycan səfiri etimadnaməsini Konqonun Prezidentinə təqdim etdi
Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti cənab Deni Sassu-Nqessoya təqdim edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso, salamlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib. O, səfirə yeni fəaliyyətində uğurlar arzulayıb.
Səfir öz növbəsində, Azərbaycan Prezidentinin Konqo Prezidentinə və xalqına salamlarını, xoş arzularını çatdırıb. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Konqo Prezidenti bu ilin aprel ayında Azərbaycana səfərini və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü yüksək təəssüratla xatırlayaraq ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində dinamik işbirliyindən məmnuniyyətini diqqətə çatdırıb.
Səfir bildirib ki, Azərbaycan 2-5 iyul tarixlərində Brazzavil şəhərində keçirilən Meşələrin Qorunması üzrə Birinci Beynəlxalq Konfransda ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur. O, Prezident İlham Əliyevin konfransın gələcək nəsillər üçün planetimizin meşə örtüyünün mühafizəsi və artırılması məsələlərinin həlli yollarını tapmaq, ekoloji təmiz və dayanıqlı gələcəyə nail olmaq məqsədlərinə töhfə verəcəyinə inamını çatdırıb.
Həmçinin, məlumat verilib ki, Azərbaycan COP29-un ev sahibi olmaqla bərabər, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) də ev sahibliyi edəcək.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib