Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinin Belarusla bağlı bəndinə qoşulmayıb
Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb.
Azxeber.com xəbər verir ki, ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantının sonunda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə sənəd imzalayıblar.
Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Bununla Azərbaycan bir daha nümayiş etdirdi ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Azərbaycan öz dostlarını heç vaxt darda qoymur.
Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün "Assosiasiyalı trio"nun yaradılması haqqında memorandum imzalayıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı