Azərbaycan silahları "IDEX-2025" sərgisində nümayiş olunur

Azərbaycan silahları Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində "IDEX-2025" Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.
KONKRET.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, "IDEX-2025" Beynəlxalq Müdafiə Sərgisində 132 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.
***
Bu gün Əbu-Dabidə 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEX) və 8-ci Beynəlxalq Dəniz Müdafiə Sənayesi Sərgisi (NAVDEX) və konfransları öz işinə başlayıb.
KONKRET.az xəbər verir ki, sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət ilə görüşüb. M.Heybət həmçinin Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov ilə də görüş keçirib.
Qeyd edək ki, tədbirlərdə dünyanın böyük müdafiə sənayesi şirkətlərinin təmsilçiləri, tanınmış mütəxəssislər iştirak edir.
Tədbirlər çərçivəsində kibertəhlükəsizlik, kosmosda təhlükəsizlik, müdafiə hazırlığı və s. mövzular müzakirə ediləcək, müdafiədə çevikliyin artırılması, qlobal çağırışlara aktiv cavab verilməsi üçün yeni həllər təqdim olunacaq. Həmçinin yüksək texnologiyaların və beynəlxalq əməkdaşlığın müasir müdafiə sisteminin yenidən qurulmasında rolu müzakirə predmeti olacaq.
IDEX və NAVDEX sərgilərində 65 dövlətdən 1565 şirkət öz məhsulunu nümayiş etdirir. Bu il sərgidə 730-dan çox yeni şirkət iştirak edir.
"IDEX" və "NAVDEX" sərgilərində müdafiə sənayesinə aid 3300-dən çox texnika və məhsul təqdim ediləcək.//"Report"

Siyasi       Tarix: 17 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026