"Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyi yaranıb
"Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyi yaranıb
Ölkədə "Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyi yaranıb.
Bu haqda Assosiasiyanın sədri Azər Qərib məlumat yayıb.
Onun sözlərinə görə, həmin təşəbbüs hələ müharibədən əvvəl irəli sürülüb, lakin torpaqlarımızın işğaldan azad edilməsi bu prosesi sürətləndirib:
"Biz hamımız bilirik ki, Azərbaycanın ən səfalı yerləri Qarabağda yerləşir və qələbəmizdən sonra həmin yerlərin turizm potensialının yenidən dəyərləndirilməsi və təbliğ edilməsi çox vacib bir məsələ olacaq. Və assosiasiya olaraq biz bu işdə bütün imkanlarımızdan istifadə edərək dövlətə dəstək verməyə hazırıq.
Yeri gəlmişkən, hədəflərimizə qiymət verərək bizə dəstək olan Dövlət Turizm Agentliyinə və qeydiyyat məsələsinin tez bir zamanda həll edilməsinə görə Ədliyyə nazirliyinə öz təşəkkürümüzü bildirmək istərdik. Birliyimizin İdarə heyətində təşkilatımızın baş katibi olan Fərid Novruzi, İradə Qədirova, Aysel Əlizadə, Rəna Kərimova, Qiyafət Xeyirxəbərli, Vyaçeslav Sapunov, Mir-Səməd Cəfərli, Azər İsmayıl və Baba Ağayev kimi ölkəmizin tanınmış səyahətçi simaları təmsil olunub.
Bununla yanaşı, biz bütün səyahət həvəskarlarını, bu haqda KİV-lərdə yazan, bloq aparan, televiziya verilişləri hazırlayan, foto və video çəkənlərin hər birini assosiasiyamızın üzvü kimi görməyə şad olardıq. Biz hər bir təşəbbüsə, hər bir ideyaya açığıq, bizim buna ehtiyacımız var və ümidvarıq ki, biz həm daxili, həm də xarici turizmin inkişafında öz töhfəmizi verə biləcəyik. Turizm iqtisadiyyatın ən mühüm sahələrindən biridir və heç şübhəsiz ən yaxın gələcəkdə bu sahə öz yeni inkişaf mərhələsini yaşayacaq.
Eyni zamanda, biz Azərbaycanın xaricdə təbliğinə də böyük önəm veririk. Artıq Beynəlxalq Turizm Yazarları Assosiasiyası (The International Travel Writers Alliance) ilə, beynəlxalq otellər şəbəkələri və xarici dövlətlərin turizm nümayəndəlikləri ilə də əlaqələr yaranıb. Çünki hədəflərimizdən biri də beynəlxalq ictimaiyyətə yalnız artıq tanınan bölgələrimizi deyil, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı da bir turizm cənnəti kimi təqdim etməkdir". /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var