Azərbaycan Türkiyəyə qaz tədarükünü artıracaq
2023-cü ildən başlayraq Cənub qaz dəhlizi vasitəsi ilə Türkiyəyə qaz tədarükünün həcmi indiki 6 milyard kubmetrdən 9,5 milyard kubmetrə qədər artırıla bilər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu barədə artıq anlaşmanın əldə olunduğunu deyib.
Azxeber.com "oilcapital.ru" portalına istinadən xəbər verir ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında 2023-cü ildən başlayaraq Azərbaycanın Türkiyəyə illik qaz tədarükünü daha 3,5 milyard kubmetr artraraq 9,5 milyard kubmetrə çatdırılacağını bildirib.
-Qaz tədarükü ilə bağlı müqavilənin uzadılması barədə Bakı Ankara ilə razılığa gəlib. Bəli, "Şah-Dəniz"in birinci fazasında 2023-cü ildən başlayaraq, yeni müqaviləyə əsasən indi tədarük etdiyimiz 6 milyard kubmetrə gələcək illərdə daha 3,5 miyard kubmetr də əlavə olunacaq. Müqavilə hələ bağlanmasa da, razılıq artıq var,-Pərviz Şahbazov qeyd edib.
Hazırda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə 16 milyard kubmetr qaz tədarük edir ki, bunun da 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri isə Türkiyə üçün nəzərdə tutulub. Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır. Cari ildə bu ölkələr üçün Azərbaycan qazının həcmi 5-5,5 milyard kubmetr nəzərdə tutulsa da, onun xeyli çox olacağı gözlənilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı