Azərbaycan və Fransa arasında münasibətlər... - Leyla Abdullayeva AÇIQLADI
Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün Fransada müşahidə olunan siyasi böhran Parisin müxtəlif siyasi sahələrinə təsir göstərə bilər: "Azərbaycan hadisələrin inkişafını izləməyə davam edəcək. Aydındır ki, Fransadakı daxili böhran digər sektorlara da təsir göstərə bilər. Lakin biz onun necə bitəcəyini müşahidə edəcəyik. Biz böhranın ikitərəfli münasibətlərimizə birbaşa təsirini görməsək də, ümid edirik ki, onlar tezliklə normallaşacaq".
L.Abdullayeva bildirib ki, Azərbaycan-Fransa münasibətləri Parisin Bakı və İrəvan arasındakı artıq başa çatmış münaqişəyə qərəzli mövqeyi səbəbindən pisləşib.
Səfir, Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistanla münasibətlərin qurulması üçün şərait yarada bildiyini və ölkələrin yekun sülh sazişinin imzalanması üçün yalnız bir neçə məqamı həll etməli olduğunu vurğulayıb.
"Biz ölkələrimiz arasında düşmənçilik səhifəsini bağladıq. Hazırda yekun sülhün imzalanması qarşısında duran yalnız bir şey var – bu, Ermənistan konstitusiyasıdır. Bizim istədiyimiz Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bundan sonra da əminliklə davamlı sülhdən danışa bilərik", – diplomat bildirib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib