Azərbaycan və Gürcüstan prezidentləri arasında videogörüş olub - FOTO
Azərbaycan və Gürcüstan prezidentləri arasında videogörüş olub - FOTO
Aprelin 15-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Bildirilib ki, dövət başçıları qarşılıqlı əlaqələrin və müxtəlif sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüşün tam mətnini təqdim edirik:
Prezident Salome Zurabişvili:
- Cənab Prezident, mən Sizinlə belə çətin bir zamanda deyil, daha yaxşı vaxtlarda söhbət etmək istərdim. Ümidvaram ki, şəxsən Siz, ailəniz, əməkdaşlarınız - hamınız yaxşısınız. Ümid edirəm ki, biz bu çətin şəraitdə əməkdaşlığımızı mümkün olan qədər tez bir zamanda davam etdirəcəyik.
Prezident İlham Əliyev:
- Təşəkkür edirəm, xanım Prezident. Sizi görməyə çox şadam. Əlbəttə ki, bu cür ünsiyyət qurmaq çox qeyri-adidir. Lakin bu, zamanın özəlliyidir. İndi bizə bir-birimizi görməyə və bir-birimizlə söhbət etməyə imkan verən yeni texnologiyaların olması çox yaxşı bir haldır. Əməkdaşlığınıza görə Sizə təşəkkür edirəm. Mən ölkəmizə Sizin çox uğurlu rəsmi səfərinizi xatırlayıram.
Gürcüstan Prezidenti dünən Gürcüstana göstərilən həmrəyliyin ifadəsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev hər zaman olduğu kimi koronavirus pandemiyası şəraitində də ölkələrimiz və xalqlarımızın bir-birinin yanında olaraq həmrəylik nümayiş etdirməsinin önəmini bildirdi. Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən təbdirlər və bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi apardılar.
Söhbət zamanı Azərbaycanla Gürcüstanın beynəlxalq tranzit dəhlizinin önəmli iştirakçıları olduğu bildirilərək, ticarət əlaqələrinin, tranzit-nəqliyyat sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulandı.
Dövlət başçıları iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə etdilər.


Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var