Azərbaycan və Rusiya Xəzər dənizi ilə bağlı işçi qrupu yaratdı
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup yaradıblar.
KONKRET.az bu barədə Rusiya hökumətinə istinadən xəbər verir.
"Birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar atılacaq", – məlumatda qeyd olunur.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun həmsədrləri təyin ediliblər.
Rusiya hökumətinin məlumatına görə, 2024-cü il avqustun 19-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Xəzər dənizinin dayazlaşdırılması ilə qrup yaradılması barədə qərar qəbul olunub.
2024-cü il sentyabrın 17-də Rusiyavə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması ilə bağlı problemləri, gələcək ssenarilərin işlənib hazırlanması variantlarını nəzərdən keçiriblər, səviyyə dəyişiklikləri və işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb