Azərbaycan XİN başçısı türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə bildirib.
"Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq", – o qeyd edib.
Xarici İşlər Nazirliyin sosial şəbəkə hesabında isə görüşdə "qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiq Azərbaycan-Türkiyə əməkdaşlığından irəli gələn məsələlər, müxtəlif təşkilatlar və formatlar çərçivəsində regional və beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik çağırışları və məsələlərinin hərtərəfli müzakirə olunduğu" bildirilib.
"Tərəflər türk dünyasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə və s. sahələrdə mövcud imkanlardan bəhrələnmək üçün TDT-nin gücləndirilməsinin vacibliyini təsdiqləyiblər", – məlumatda diqqətə çatdırılıb.
Görüşdə münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri, Azərbaycan-Ermənistan normallaşması prosesinin son vəziyyəti də müzakirə olunub.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib