Azərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANAT

Azərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANATAzərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANAT
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
XİN-dən Oxu.Az-a daxil olan bəyanatda deyilir:
"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək "Udar" adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil oldu.
1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa" qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu.
Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi.
Tariximizin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub.
20-ci əsrin əvvəllərindən etibarən Azərbaycan xalqı erməni millətçilərinin zorakı və irqi ayrı-seçkilik siyasəti ilə üz-üzə qalıb və misilsiz qətliamların qurbanı olub. 1980-ci illərin sonlarından etibarən, SSRİ-nin parçalanması ilə Ermənistan Azərbaycana qarşı açıq təcavüzkar siyasət həyata keçirməyə başladı və nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu hərbi işğal olundu. Ermənistan ərazisində daimi yaşayan və zor gücü ilə qovulan azərbaycanlılardan əlavə, işğal olunmuş ərazilərimizdə tarixən yaşayan yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycana olan ərazi iddialarına hər hansısa "əsas" tapmağa çalışan radikal təfəkkürlü erməni qüvvələri tərəfindən hələ 1988-ci ildə Sumqayıt şəhərində planlı şəkildə təxribat həyata keçirildi. SSRİ Baş Prokurorluğunun istintaq sənədlərinə əsasən başlıca təşkilatçılardan olan etnik erməni Eduard Qriqoryan 12 il həbs cəzasına layiq görüldü. Sonradan öz cəzasını çəkmək üçün Ermənistana göndərilən bu cinayətkarın qısa müddət sonra Ermənistanda azadlığa buraxılması hadisənin günahkarlarını ifşa edən bariz faktdır.
30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir. Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır". /oxu.az

Siyasi       Tarix: 19 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən görüntüleri apa.az xeberler hava