Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı

Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı"Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta strateji kommunikasiyasiyanın nə olduğunu belə dünyanın bilmədiyi dövrdə strateji kommunikasiya, dezinformasiya, yalan xəbərlərin ölkəmizə qarşı olduğunu gördük".
Azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycan ilk günündən informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşdi: "Xüsusilə Qarabağ müharibəsi əsnasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla hibrid savaşlar müşahidə olunub. Dünyanın hələ dezinformasiyanı tam qavramadığı dövrdə Azərbaycan bunlarla üz-üzə qaldı. Lakin o zaman 1990-cı illərin əvvəllərində biz bu savaşa hazır deyildik. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal etdi. Bu işğalın terror, aqressiv separatizm, ayrı seçkilikə müşahidə olunduğu təqdirdə dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən bizim insanımız öldürüldüyü təqdirdə azərbaycanlıların erməniləri öldürüldüyü irəli sürülürdü. Bunun nəticəsində erməni soyqırımı adı altında dünyada propaqanda apatılırdı. Bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı".
O qeyd edib ki, erməni lobbisinin dünya üzrə Azərbaycana qarşı apardığı bu siyasətə cavab olaraq yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə bir siyasət həyata keçirərək bunun qarşısını ala bilərdik: "Bu proseslər dünyanın susduğu, baş verənləri görmədiyi, duymaq istəmədiyi anda baş verdi. Bu problemlərin fonunda biz uzunvadəli bir yola çıxdıq. Otuz illik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq, bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu".

Siyasi       Tarix: 11 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 cəbhədən görüntülər xeber son xeberler bugun 2026 azerbaycan