Azərbaycan yanvarda BƏƏ-yə fındıq ixrac edəcək - FOTO
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın "Azhazelnut" və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.
"AzərsunHoldinq" və "Gilan FMCG" şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, "İdea" şirkəti isə BƏƏ-nin Abu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər.
İxrac missiyası çərçivəsində "Ecodry", "AHEC", "Az-granata", "Brightman BMC", "BakuKonserv", "Salam Travel", "Novus E.R.A." və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş