Azərbaycana gələn minlərlə şəxs koronavirusa görə müayinə olundu - RƏSMİ

Azərbaycana gələn minlərlə şəxs koronavirusa görə müayinə olundu - RƏSMİAzərbaycana gələn minlərlə şəxs koronavirusa görə müayinə olundu - RƏSMİ
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Astara və Biləsuvar rayonlarının ərazisində İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqələri ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini davam etdirir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd edilir.
"Bildiririk ki, mart ayının 15-nə olan məlumata əsasən, FHN-in peşəkar tibbi briqadası tərəfindən həmin qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 2 183 nəfər (670 nəfər Azərbaycan Respublikası, 336 nəfər Rusiya Federasiyası, 1 168 nəfər İran İslam Respublikası, üç nəfər Gürcüstan, üç nəfər Belarus Respublikası və hər birindən bir nəfər olmaqla Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Almaniya Federativ Respublikası vətəndaşları) müayinədən keçirilib. Bunlardan Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 1 182, Biləsuvar məntəqəsi üzrə 1 001 nəfər müayinədən keçirilib.
Müayinədən keçənlərdən cəmi 27 nəfərdə, o cümlədən Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 18, Biləsuvar qəbul-çeşidləmə məntəqəsi üzrə 9 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib. 
Hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində müvəqqəti saxlanılır ki, onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Həmçinin, Astara rayonu üzrə 22 nəfər, Biləsuvar rayonu üzrə 15 nəfər olmaqla cəmi 37 nəfər öz istəklərinə uyğun olaraq xüsusi ayrılmış yerli xəstəxanada karantin şəraitində müvəqqəti qalır.
Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub.
Qəbul-çeşidləmə məntəqələrində müvəqqəti qalan insanlar burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirirlər". /oxu.az

Sosial       Tarix: 15 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri