Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri və ədalətin bərpası - 44 günün reallığı

Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri və ədalətin bərpası - 44 günün reallığıErmənilərin Azərbaycana qarşı ərazi iddiaları hələ ötən əsrin əvvəllərindən başlayıb. Zaman-zaman öz havadarlarına arxalanan Ermənistan Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirməyə nail olub. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra əvvəlcə İrəvan şəhəri ermənilərə güzəştə gedilib. Daha da azğınlaşan ermənilər Azərbaycanın digər ərazilərinə iddia etməyə başlayıblar. Naxçıvan, Dərələyəz, Zəngəzur, Qarabağ və Göyçəni ələ keçirməyə cəhd edən Ermənistan, yalnız öz istəyinə bolşevik Rusiyasının Azərbaycanı işğalından sonra çatıb. Məhz bolşevik Rusiyasının müdaxiləsindən sonra Dərələyəz, Zəngəzur və Göyçə Ermənistana birləşdirilib. Bununla da, öz müstəqilliyini 9 min kv.km ərazidə elan edən Ermənistan, ərazilərini daha 20 min kv.km artıraraq 29 min kv.km-ə çatdırıb.
Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri və ədalətin bərpası - 44 günün reallığı70 il SSRİ-nin tərkibində birgə yaşadığımız illərdə də Ermənistan Azərbaycandan torpaq qoparmaq üçün səylər göstərib. Dəfələrlə Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırılıb. Amma həmin dövr Azərbaycana rəhbərlik edən Heydər Əliyevin səyi nəticəsində ermənilərin bu istəyi baş tutmayıb. Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunanda isə ermənilər bu məsələni bir dəfəlik bağlayıblar. Yalnız 1987-ci ilin payızında  ümumimilli lider istefaya göndərildikdən sonra ermənilərin fəallaşması müşahidə olunub. Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasından cəmi bir neçə ay sonra ermənilər Azərbaycana ərazi iddiaları irəli sürüblər. Daha sonra hadisələr bir-birini əvəz edib və Azərbaycan əraziləri işğala məruz qalıb. 1988-ci ildən başlayan münaqişə 1992-ci ildə müharibə mərhələsinə qədəm qoyub. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın 20% ərazisini işğal edib. Bir milyona yaxın insan öz doğma yurd-yuvasından didərgin düşüb və ağır şəraitdə yaşamağa məcbur olub. Sülh danışıqlarında vaxt udmaqla düşmən ölkə işğalı qanuniləşdirmək niyyətində idi. Bu işdə onlara ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də yaxından dəstək verirdilər. Onlar Azərbaycanı işğalla barışmağa, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa çalışırdılar.
Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri və ədalətin bərpası - 44 günün reallığıNəhayət, 2020-ci ildə Azərbaycanın səbr kasası doldu və 30 il işğal altında qalan ərazilərin azad olunmasının vaxtı çatdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə irəli atılan Azərbaycanın şanlı ordusu düşməni darmadağın etdi. Cəmi 44 günə Qarabağ işğaldan azad edildi. Azərbaycan ordusunun qazandığı tarixi qələbə böyük əks-sədaya səbəb oldu. Azərbaycanın dostları bu zəfərə sevindi, düşmənlər isə ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirdilər. 44 gün ərzində bütün dünyanın diqqəti Azərbaycana yönəldi və İlham Əliyev informasiya savaşında hər kəsin cavabanı verdi. Dünyanın 30-a yaxın informasiya vasitəsinə müsahibə verən Ali Baş Komandan, Ermənistanın törətdiyi vəhşiliklərdən danışır, Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla sübut edirdi.
Ordumuz isə hücumdaydı. Cənub istiqamətindən başlayan həmlələr düşməni çaş-baş salmışdı və yenilməz Azərbaycan əsgəri əvvəlcə Cəbrayılı, Hadrutu, Füzulini azad etməklə Şuşaya gedən yola nəzarəti ələ keçirmişdi. Nəhayət, 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bir gün sonra isə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da, Qarabağın işğalına son qoyuldu.
Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri və ədalətin bərpası - 44 günün reallığıİşğal dövründə ermənilər Qarabağdakı maddi-mədəni abidələrimizi yer üzündən silib və məscidlərimizi darmadağın edib. Yüzlərlə şəhər və kənd dağıdılıb. Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Ağdam və Füzuli kimi böyük şəhərlərdən əsər-əlamət qalmayıb. İri qəsəbələr xarabalığa çevrilib. Bir sözlə vandallar daş üstündə daş qoymayıblar. Ətraf əraziləri minalayan düşmən bununla Azərbaycana daha böyük zərbə vurmağı planlaşdırıb. Bu günə kimi 300-dən çox insan minaların qurbanı olub.
Qarabağda yaşayan ermənilər isə özlərini yenidən Ermənistan vətəndaşı kimi aparır və Azərbaycana tabe olmaq istəmirdilər. Separatçılar silahlandırılır, Ermənistan onlara hərbi dəstəyini davam etdirirdi. Onlara dəfələrlə silahı yerə qoymaq təklif olunsa da separatçılar öz mövqelərindən geri çəkilmirdilər. Nəhayət 2023-cü il sentyabrın 19-da Qarabağda antiterror tədbirlərinə start verildi və Azərbaycan ərazisində olan sonuncu separatçı da zərərsizləşdirildi. Cəmi 23 saat davam edən əməliyyatlardan sonra Azərbaycan öz suverenliyini tam bərpa etdi. İndi Azərbaycan Ordusu ölkəmizin bütün sərhədlərinə nəzarət edir. Bəzi hallarda Ermənistandan revanşist bəyanatlar eşidilsə də, onlar Azərbaycan Ordusunun gücünü bildiyindən bir daha sərhədlərimizə yaxınlaşmağa cürət etməzlər. Həmişə olduğu kimi dəmir yumruq yerindədir!
Vəli Həsənoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir"
Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri və ədalətin bərpası - 44 günün reallığı

Siyasi       Tarix: 13 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər xeberler az son xeberler bugun 2026 muharibe xeber.az