Azərbaycana qarşı ikili standarlar: "Qarabağda yaşayan ermənilərdən istifadə edilir" - ÖZƏL AÇIQLAMA

Azərbaycana qarşı ikili standarlar: Dünən Prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bəzi vacib məqamalara diqqət çəkib. Dövlət başçısı bildirib ki, Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşüb və bir müddət qaz olmayıb. Buna görə dünyada hay-haray qaldırıblar ki, Azərbaycan burada humanitar fəlakət törədir.İlham Əliyev qeyd edib ki, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşayıb və bunu Ermənistan dövləti edib. Beynəlxalq təşkilatlar Ermənistanın bu addımına biganə qalıb. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər.
Prezidentin bu fikirlərini KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, beynəlxalq təşkilatlar həmişə Azərbaycana qarşı münasibətlərdə ikili standartlara yol verib:
"Belə olmasaydı, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə Ermənistana qarşı BMT qətnamələrindən irəli gələn addımlar atılardı və müvafiq sanksiyalar tətbiq olunardı. İndi biz Rusiya-Ukrayna müharibəsinin fonunda sanksiyalarla bağlı lazımi addımların atılmasının şahidi oluruq. Naxçıvan uzun müddət blokadada qalıb. Bunun əsas səbəbi isə Ermənistanın işğalçılıq siyasəti olub. Həmin müddətdə Naxçıvanda olan çox saylı problemlərə baxmayaraq, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər heç bir reaksiya verməyib. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı müəyyən problemlər yaranan kimi dərhal adekvat olmayan reaksiyaların şahidi oluruq. Orada yaşayan etnik ermənilərdən istifadə edilir. Bütün bunlar məqsədyönlü siyasətin tərkib hissəsdir".
Azərbaycana qarşı ikili standarlar: Politoloqun fikrincə, bəzi qüvvələr regionda sabitliyin və sülhün təmin olunmasında maraqlı deyil. Onlar Azərbaycan ərazilərində separatizmi dondurulmuş bomba kimi saxlamaq niyyəti güdür:
"Lakin Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycan kimi bir ölkənin istənilən enerji problemini çözmək imkanları var. Azərbaycanın sərhədləri çərçivəsində yaşayan hər kəs milliyətindən asılı olmayaraq qanunlarımıza hörmətlə yanaşmalıdır. Azərbaycan torpağında yaşayan hər kəs ölkəmizə bağlılığını ortaya qoymalıdır. Separatçı meyllərdən əl çəkmək lazımdır. Azərbaycan hər zaman öz davranışlarında humanizm prinsiplərini əsas götürür. Prezident İlham Əliyev bu fakta diqqət çəkməklə əslində dünyada mövcud olan bütün ədalətsizliklərdən danışdı. Bu yanaşma tərzi və ikili standartlar beynəlxalq münasibətlərə zərbə vurmaqla yanaşı, milyonlarla insanın faciəsinə səbəb olur".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 13 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 son xeberler azerbaycan son xabar kriminal bugun