Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, orta pensiya məbləği orta aylıq əməkhaqqının 51 faizinə bərabərdir.
"Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb", – deyə Vüqar Bayramov vurğulayıb.
Onun sözlərinə görə, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım orta pensiya məbləğinə də təsir göstərib.
Vüqar Bayramov bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvarında həyata keçiriləcək.
"Növbəti artım 2026-cı ildə orta aylıq əməkhaqqının rəsmi artım faizinə uyğun olaraq həyata keçiriləcək. Pensiya artımları 1 milyon 100 min vətəndaşı əhatə edir", – deputat qeyd edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto