Azərbaycanda 40 avtomobil necə toqquşdu? - QƏZANIN TƏFƏRRÜATLARI - VİDEO
Bakı-Qazax magistralında zəncirvari qəzada avtomobillər toqquşub, 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir. Kürdəmirdə də yol qəzası baş verib. Ölən və yaralananlar var.
Azxeber.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, dumanlı havada 40-a yaxın avtomobil toqquşub.
Hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Dumanlı hava şəraitində 4-5 metr görmə məsafəsi olub. Baş verən bir qəzadan sonra zəncirvari qəza olub. Yerin buzlu və sürüşkən olması avtomobillərin sayının çox olmasına səbəb olub.
Qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına yerləşdirlib. Sabirabad rayonunun Narlıq kənd sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə də ölümlə nəticələnən yol qəzası baş verib. Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 38 yaşlı Elgiz Quliyevin idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Rahib Xəlilov ölüb, bir neçə nəfər ağır yaralanıb. Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub. Faktla bağlı araşdırma aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR