Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir

Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı"na əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun olaraq Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, tikintisi nəzərdə tutulan su anbarlarında 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir. Bu su anbarları 139 min hektar sahəni suvarma suyu ilə təmin edəcək. O cümlədən, 81 min hektar yeni suvarılacaq sahə kənd təsərrüfatı dövriyyəsinə veriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-də sentyabrın 23-də videokonfrans formatında keçirilən görüşdə Səhmdar Cəmiyyətin sədr müavini Rafiq Aslanov məlumat verib. O, çıxışında mövcud su anbarlarının həcmi və vəziyyəti barədə məlumat verərək bildirib ki, dövlətimizin başçısının təsdiqlədiyi Tədbirlər Planına əsasən, həmçinin 22 yerdə hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması planlaşdırılır:
"Bu, 9 min kilometr uzunluğunda kanalları özündə birləşdirir. Bunun 529 kilometri magistral, 1644 kilometri I dərəcəli, 6817 kilometri II-III dərəcəli kanallardır. Həmin kanalların altında təxminən 290 min hektar suvarılan sahə var və 15 rayonu əhatə edir".
Azərbaycanda əkilən kənd təsərrüfatı bitkilərinin böyük əksəriyyətinin Mil-Muğan torpaqlarının payına düşdüyünü deyən R.Aslanov bildirib ki, bu torpaqlarda həddən artıq su itkiləri müşahidə olunur. Bu, təsdiq olunan su balansında da öz əksini tapıb.
Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan kanalların 73 faizi torpaq kanallardır.
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 23 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat son xeber az son xeber sou xeberler