Azərbaycanda ağacların kəsilməsinə görə direktor işdən çıxarıldı
Azərbaycanda ağacların kəsilməsinə görə direktor işdən çıxarıldı
Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində təqsirkar şəxslər müəyyən edilib.
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı onların Qusar rayonunun Nəcəfkənd kənd sakinləri Zahir Dügüşov, Nazim Buxsayev, Kamran Canağayev və Həzrə kənd sakini Ruslan Cəfərov olduğu məlum olub.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub.
"Eyni zamanda, ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib".
Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub.
Hazırda araşdırmalar davam etdirilir. /oxu.az

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü